BAKI, 12 fevral. TELEQRAF

Yevlax şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı mühəndis-kommunikasiya şəbəkəsinin qurulması, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri üçün açıq tender elan edilib.

Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus tenderdə layihənin ümumi dəyəri 6 milyon 107 min 680,81 manat qiymətləndirilir. Tikinti işlərinin 1,9 hektar torpaq sahəsində aparılması planlaşdırılır.

MİDA bu layihə çərçivəsində yaşayış üçün müasir və rahat infrastrukturun yaradılmasını hədəfləyir. Tikinti işləri çərçivəsində mühəndis-kommunikasiya şəbəkələrinin çəkilməsi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, təkliflərin son təqdim edilmə tarixi martın 17-dir.