![](https://teleqraf.az/storage/2025/02/10/715x378/6746ebb1b6cde51.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq.
Teleqraf xəbər verir ki, turun son oyununda "Qarabağ" "Səbail"i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək.
Komandalar arasında indiyədək baş tutmuş bütün oyunlarda Ağdam təmsilçisi qol vurub. “Səbail” son 5 qarşılaşmada xal qazanmayıb.
"Qarabağ" 50 xalla turnir cədvəlinin lideri, "dənizçilər" 16 xalla sonuncudur.
Qeyd edək ki, turun digər oyunlarında "Şamaxı" "Sumqayıt"a 1:0, "Sabah" Turan Tovuz"a 2:1, "Neftçi" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. "Araz-Naxçıvan" - "Kəpəz" matçında qol vurulmayıb - 0:0
Azərbaycan Premyer Liqası
XXII tur
11 fevral
19:00. "Qarabağ" – "Səbail"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika Stadionu