![](https://teleqraf.az/storage/2025/02/11/715x378/coqun.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Türkiyə I Liqasında XXIV turun oyunları keçirilir.
Teleqraf xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin ötən gün transfer olduğu “Çorum” klubu “Yeni Malatyaspor”u qəbul edib. Diniyev komandasının 2:0 hesablı qələbə qazandığı oyunda dubl edib. O, matçın ən yaxşısı adına da layiq görülüb.
Qeyd edək ki, "Çorum" turnir cədvəlində 38 xalla 4-cü pillədədir. "Yeni Malatyaspor" isə mənfi 21 xalla sonuncudur.