![](https://teleqraf.az/storage/2025/02/12/715x378/3312574.jpg)
BAKI, 12 fevral. TELEQRAF
İpoteka və Kredit Zəmanət Fondunun 50 000.000 manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə fevralın 19-da hərrac keçiriləcək.
Teleqraf İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, istiqrazlar 1 000 manat qiymət ilə satışa çıxarılacaq. İstiqraz üzrə illik faiz dərəcəsi isə 3% təşkil edir.
Qeyd edək ki, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə həyata keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.