BAKI, 12 fevral. TELEQRAF

Dövlət Statistika Komitəsi bu ilin yanvar ayında qida məhsulları, içkilər və tütün məmulatları, məhsul qrupları üzrə əvvəlki - dekabr ayına nisbtən qiymət dəyişimi açıqlanıb.

Teleqraf xəbər verir ki, çörək, çörək məmulatları, yarmalar və tütünün qiyməti dəyişməyib.

Ət və ət məhsulları 0,1 faiz, süd və süd məhsulları 0,3 faiz, kərə və bitki yağları 1 faiz, meyvələr 2,1 faiz, tərəvəzlər 4 faiz, qənd, cem, bal, şokolad və konfetlər 0,1 faiz, çay, qəhvə, kakao 0,4 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,2 faiz, spirtli içkilər 0,1 faiz bahalaşıb.

Balıq və balıq məhsulları 0,2 faiz, yumurta 12,1 faiz ucuzlaşıb.