![](https://teleqraf.az/storage/2018/10/24/715x378/inflyasiya.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Bu ilin yanvar ayında istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 faiz artıb.
Teleqraf xəbər verir ki, 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz artıb.