![](https://teleqraf.az/storage/2025/02/12/715x378/whatsapp_image_2025-02-12_at_12.18.43.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Keçirdiyimiz təlim mehmanxanaların yanğın təhlükəsizliyi mövzusuna həsr olunub.
Teleqraf xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, FHN müvafiq əsasnamələrinə və rəhbər sənədlərə uyğun olaraq ölkə ərazisində maarifləndirmə tədbirlərini həyata keçirir:
"Təlimdə nazirliyin canlı qüvvəsi, o cümlədən texnikaları cəlb olunmaqla ümumi yanğın təhlükəsinə dair tələblər və yanğınsöndürmə əməliyyat şəraiti qiymətləndirilib. Təlimin keçirilməsində məqsəd otelin işçi heyətinin, personalın yanğın zamanı davranış, həmçinin binanın yanğın təhlükəsi qaydalarının tələblərinə uyğun saxlanılması kimi əhəmiyyət daşıyan vərdişləri onlara aşılamaqdan ibarət olub".