![](https://teleqraf.az/storage/2025/02/12/715x378/whatsapp-image-2025-02-12-at-10.23.16-1024x683.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəlilabad rayon Uşaq Gənclər İdman Məktəbinin boks zalının açılışı olub.
Teleqraf Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdən öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər Abidəsi Kompleksini ziyarət edərək önünə əklil və gül dəstəsi qoyub, xatirələrini dərin ehtiramla anıblar.
Bölmənin açılışını bildirən qırmızı lenti Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov kəsib. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə zal fəaliyyətə başlayıb.
Qonaqlar burada yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıb, boks zalında məşğul olan idmançılara uğurlar arzulayıblar.