BAKI, 10 iyul. TELEQRAF

Tehran Vaşinqtondan danışıqları davam etdirməsini istədi, biz də razılaşdıq. Amma biz indi onlara atəşkəsin bitdiyini açıq şəkildə bildirdik.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"İran İslam Respublikası bizə danışıqları davam etdirmək xahişi ilə müraciət etdi. Biz buna razılaşdıq, lakin ABŞ onlara atəşkəsin bitdiyini açıq şəkildə bildirdi" - Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 8 iyulda İranla atəşkəsin ləğv olunduğunu rəsmən elan edib . O, bu qərarı İranın ticarət gəmilərinə qarşı həyata keçirdiyi hücumlarla izah edib.

Tramp daha sonra bildirib ki, yeni hücum dalğasından sonra Tehran Vaşinqtonla əlaqə saxlayıb və razılaşma təklif edib. Lakin ABŞ prezidentinin sözlərinə görə, o, hələ də təklifi nəzərdən keçirir.