BAKI, 25 avqust. TELEQRAF
ABŞ-nin Ukraynadan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri zamanı Rusiyaya qarşı hücumları dayandırmasını istədiyi iddia edilib.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
İddialara görə, ABŞ MKİ rəhbəri Con Retkliffin Moskvada olduğu və Rusiya rəsmiləri ilə danışıqlar apardığı müddətdə Ukraynadan Rusiyaya qarşı hücumlarını müvəqqəti olaraq dayandırmasını istəyib .
Bildirilib ki, Vaşinqton Kiyevi yüksək vəzifəli Amerika nümayəndə heyətinin Moskvaya səfəri barədə əvvəlcədən məlumatlandırıb və Ukrayna tərəfindən nümayəndə heyəti gedənə qədər Rusiya ərazisinə zərbələr endirməməyi xahiş edib.
Qeyd edək ki, "CBS News" mənbələrə istinadən C.Retkliffin Moskvada səfərdə olduğunu yazıb.