BAKI, 26 avqust. TELEQRAF

Kuril adaları Rusiyanın ayrılmaz hissəsidir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Dövlət Dumasının sədri Yaponiya rəhbərliyini ölkəsinin tarixini xatırlamağa, Rusiya ilə münasibətləri dostluq və qarşılıqlılıq prinsipləri əsasında qurmağa çağırıb:

“Kuril adaları Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Yaponiya rəhbərliyinə gəldikdə isə qoy tarixlərini bir daha xatırlasınlar”, - deyə o bildirib.

Vyaçeslav Volodin Rusiyanın nüvə dövləti olduğunu xatırladıb, ölkənin məğlub edilməsinin mümkünsüzlüyünü vurğulayıb.

Onun sözlərinə görə, digər addımlar yalnız Rusiya ilə Yaponiya arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər.