BAKI, 26 avqust. TELEQRAF

Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 8.5% artaraq 43 milyard 841.8 milyon manat təşkil edib.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 29.5 milyon manat azalaraq 3 milyard 232.3 milyon manat olub.

Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.