BAKI, 26 avqust. TELEQRAF

Ermənistanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) təqdim etdiyi imkanlardan yararlanaraq eyni zamanda Avropa İttifaqına (Aİ) üzvlük niyyətini bəyan etməsi kinayəli siyasətdir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

"Ermənistan yalançı siyasət yürütməsini dayandırmalıdır. Əgər Ermənistan Avropa İttifaqına qoşulmaq niyyəti ilə bağlı qanun qəbul edirsə, onda niyə Avrasiya İqtisadi İttifaqının imkanlarından istifadə edir? Axı niyə üzvləri aldadır? Siz Avropa İttifaqına qoşulacaqsınız? Davam edin. Amma onda burada sizə güzəştli münasibət göstərilməməlidir”, - deyə Volodin bildirib.

Onun sözlərinə görə, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçərsə, Aİİ çərçivəsində ona göstərilən güzəştlər məsələsinə yenidən baxılmalıdır.