BAKI, 26 avqust. TELEQRAF

Prezidenti Kasım-Jomart Tokayev avqustun 28-də Qazaxıstan Qurultayının birinci sessiyasının çağırılması haqqında fərman imzalayıb.

Teleqraf Qazaxıstan dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, dərc olunmuş sənədin mətnində qeyd olunur:

"Qazaxıstan Respublikası Konstitusiyasının 58-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq qərara alıram: 1. Birinci çağırış Qazaxıstan Respublikası Qurultayının birinci sessiyası 2026-cı il avqustun 28-də saat 11:00-da Astana şəhərində çağırılsın".

Fərman imzalandığı gündən qüvvəyə minir.