GƏNCƏ, 26 avqust. TELEQRAF
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Hüseyn İsayev bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. İlkin məlumata görə, hadisəni 2010-cu il təvəllüdlü A.Həsənov törədib.
Faktla bağlı araşdırma başlanılıb.