BAKI, 26 avqust. TELEQRAF

İngilitərənin “Tottenhem” klubu Misir millisinin hücumçusu Omar Marmuşu “Mançester Siti”dən transfer edib.

Teleqraf xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Məlumata görə, Marmuş ilkin olaraq icarə əsasında London klubuna keçəcək. Müqavilədə futbolçunun 60 milyon funt sterlinqə məcburi transferi nəzərdə tutulub.

Marmuşun transferi rəsmiləşdirmədən əvvəl tibbi müayinədən keçəcəyi bildirilib.