BAKI, 26 avqust. TELEQRAF

“Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulması Kiyev üçün Rusiya ilə müharibədə ən yaxşı nəticə olacaq”.

Teleqraf xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

“Nəticə etibarilə, Ukrayna Avropa İttifaqının üzvü olacaq. Fikrimcə, bu müharibənin ən yaxşı nəticəsi olacaq”, - o bildirib.

Stubb Ukraynanı Avropa İttifaqının bir hissəsi kimi gördüyünü vurğulayıb, amma Kiyevi səbirli olmağa çağırıb:

“Çünki ittifaq daxilində proseslər çox vaxt yavaş gedir. Nəzərə almaq lazımdır ki, danışıqlar asan olmayacaq. Hər kəsin çətin anlar yaşadığı məlumdur. Finlandiyada bu, kənd təsərrüfatı və ölkənin şərq hissəsi ilə bağlı idi. Ukrayna üçün isə fərqli ola bilər. Buna görə də səbirli olun”.