BAKI, 26 avqust. TELEQRAF
“Avropa İttifaqı (Aİ) Rusiyanı döyüş meydanından sülh masasına gətirəcək”.
Teleqraf xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Antonio Koşta deyib.
“İki istiqamətdə çalışırıq: Ukraynanı dəstəkləmək və Rusiyaya təzyiqi gücləndirmək. Artıq 21-ci sanksiyalar paketini təsdiqləmişik.
Avropa İttifaqı Rusiyanı döyüş meydanından danışıqlar masasına gətirmək məqsədilə təzyiqi necə artıra biləcəyimizi müəyyən etmək üçün həmişə Ukrayna və tərəfdaşlarımızla işləyir. Bunu davam etdirəcəyik”, - Avropa Şurasının rəhbəri vurğulayıb.