BAKI, 26 avqust. TELEQRAF

Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə ərzində ölkənin müxtəlif bölgələri üzərində 426 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Kursk, Oryol, Kaluqa, Tula, Lipetsk, Voronej, Tambov, Ryazan, Nijni Novqorod, Volqoqrad və Rostov vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı və Krım ərazisi üzərində vurulub.