BAKI, 25 avqust. TELEQRAF

Türkiyənin Adıyaman vilayətinin Sincik rayonunda 3 dəqiqə fərqlə ard-arda zəlzələ olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeralt təkanlar 3,7 və 4,2 bal gücündə qeydə alınıb.

Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

Eyni zamanda Malatya vilayətinin Yeşilyurt rayonunda 4,1 ballıq zəlzələ olub.