BAKI, 26 avqust. TELEQRAF

İranın Yaxın Şərqdə həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumları ABŞ-nin bölgədəki kəşfiyyat infrastrukturuna milyardlarla dollar həcmində ziyan vurub.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, İranın raket və PUA zərbələri ABŞ-nin regiondakı kəşfiyyat obyektlərinə misli görünməmiş ziyan vurub. Bildirilir ki, dəymiş zərərin miqyası ABŞ xüsusi xidmət orqanlarının indiyədək üzləşdiyi analoji hallardan daha böyükdür.

"NBC News"un həmsöhbətləri qeyd ediblər ki, Vaşinqtona Yaxın Şərqdə zərər görmüş kəşfiyyat infrastrukturunun bərpası üçün milyardlarla dollar vəsait lazım olacaq.

Telekanalın məlumatına görə, İranın hücumları ABŞ Dövlət Departamenti, Pentaqon və kəşfiyyat qurumlarının Yaxın Şərqdəki Amerika obyektlərini lazımi səviyyədə qorumağa nə dərəcədə hazır olması ilə bağlı suallar yaradıb.