BAKI, 25 avqust. TELEQRAF

Suriya Prezidenti Əhməd Şaraa "Suriya Demokratik Qüvvələri"nin (SDQ) keçmiş baş komandanı Məzlum Abdini müşavir təyin edib.

Teleqraf xəbər verir ki, Abdi Şaraa administrasiyası daxilində kürd məsələləri üzrə xüsusi şöbəyə rəhbərlik edəcək.

M.Abdi SDQ-nin ləğv edildiyini və Suriya ordusuna inteqrasiya olunduğunu bəyan edib.