BAKI, 26 avqust. TELEQRAF

Bu axşam Şərq vaxtilə saat 18:00-dan başlayaraq həftə ərzində ABŞ-də bayraqlar yarıyadək endiriləcək.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp əfsanəvi kantri musiqi ifaçısı Dolli Partonun ölümü ilə əlaqədar belə bir əmr verib.

“Ən böyük kantri müğənnilərindən biri olan Dolli Partonun vəfat etdiyini bildirmək çox kədərlidir. Bu, milyonlarla insan üçün əsl itkidir. Onun kimisi heç vaxt olmayıb və heç vaxt olmayacaq”, - deyə Tramp “Truth” sosial şəbəkəsində yazıb.