BAKI, 26 avqust. TELEQRAF
“Ukrayna yavaş-yavaş müharibədə Rusiyaya uduzur”.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov “Reuters”ə deyib.
O xəbərdarlıq edib ki, Kiyevin vəziyyəti öz xeyrinə dəyişə biləcək əsas qərarları qəbul etmək üçün cəmi bir neçə ayı qalıb.
Prezident Volodimir Zelenski tərəfindən ötən ay vəzifəsindən azad edilən Fedorov bildirib ki, Kiyevin artıq dörd ildir davam edən müharibədə necə qalib gələcəyinə dair strategiyası yoxdur və ölkənin innovasiya sahəsində çevik addımlar ata bilməməsi inkişafı ləngidir.
“Düşünürəm ki, hazırda gələcək istiqamətimizi müəyyən edəcək dönüş nöqtəsi gəlib çatıb. Amma vəziyyətdən görünən budur ki, tədricən, yavaş-yavaş məğlub oluruq”, - Fedorov əlavə edib.
Sabiq müdafiə nazirinin sözlərinə görə, Ukraynanın hələ də qalib gəlmək üçün şansları mövcuddur, amma bunun üçün müharibənin dayandırılması ilə bağlı təcili plana da ehtiyac var.
Fedorovun açıqlamasına cavab olaraq Ukrayna Prezident Administrasiyası bəyan edib ki, o, müdafiə naziri vəzifəsində olarkən müharibənin gedişatı barədə müsbət fikirlər səsləndirib, dəyişən yeganə şey onun şəxsi statusudur.