BAKI, 25 avqust. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani və Pakistanın Quru Qoşunlarının komandanı Asim Munirə zəng edib.
Teleqraf xəbər verir ki, tərəflər telefon danışığı zamanı regiondakı son proseslər barədə fikir mübadiləsi aparıblar.
Müzakirələrdə koordinasiyanın və birgə səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.