BAKI, 26 avqust. TELEQRAF
Çin Xalq Respublikasının Sədri Si Cinpin avqustun 30-da Qırğızıstan Prezidenti Sadar Japarovun dəvəti ilə dövlət səfərinə gələcək.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.
Danışıqlar zamanı tərəflər Qırğızıstan və Çin arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsini müzakirə edəcəklər.
Səfərin yekunları üzrə tərəflər bir sıra dövlətlərarası, hökumətlərarası və qurumlararası sənədlərin imzalanmasını planlaşdırırlar.
Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında və 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində də iştirak edəcək.