BAKI, 26 avqust. TELEQRAF

Ukrayna ordusu son sutka ərzində Rusiyada 16 mühüm obyektə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

“Son sutka ərzində hərbçilərimiz Rusiyada 16 obyektə zərbə endiriblər. Xüsusilə, müharibəni maliyyələşdirən Rusiyanın neft mənbələrinə qarşı uzaqmənzilli zərbələr həyata keçirilib. Həmçinin Ukraynaya zərbələr üçün daim istifadə olunan aerodromlar, raket və infrastruktur obyektləri hədəfə alınıb. Hərbi müəssisəyə və Rusiyanın logistika sisteminə də zərbələr endirilib”, - o bildirib.

Zelenski vurğulayıb ki, müharibə başladığı yerə qayıtmalıdır, Ukrayna Rusiyanın hücumlarına cavab verir: “Və bunu elə şəkildə edir ki, təcavüzkar üçün müharibənin bədəli qaçılmaz olaraq artsın”.