BAKI, 15 may. TELEQRAF

Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbə nəticəsində həlak olanların sayı 24 nəfərə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilir ki, Darnitsa rayonuna edilən hücum səbəbindən 3-ü uşaq olmaqla ümumilikdə 24 nəfər həyatını itirib.