BAKI, 17 noyabr. TELEQRAF
Milli Məclisin payız sessiyası üzrə bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil edilən məsələlərin müzakirəsi davam etdirilib.
Teleqraf xəbər verir ki, ötən gündən başlayaraq parlamentdə gələn ilin dövlət büdcə paketinin müzakirəsində Milli Məclisin deputatları ilə yanaşı hökumət təmsilçiləri də iştirak edib.
Beləliklə, parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) qəbul edib.