BAKI, 17 noyabr. TELEQRAF

Qobu qəsəbəsini “Avtovağzal” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.

Bu barədə Teleqraf-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, noyabrın 18-dən marşrut üzrə 11 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus 9-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,70 AZN müəyyən edilib.