BAKI, 16 noyabr. TELEQRAF
ABŞ administrasiyası beynəlxalq islamçı hərəkatı olan Müsəlman Qardaşlarını terrorçu təşkilat kimi tanımağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Dövlət Departamenti əvvəllər Müsəlman Qardaşlarının yalnız müəyyən qollarını terror təşkilatları kimi tanımışdı. Filippin və Çində keçiriləcək ASEAN və APEC tədbirlərinə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərə verdiyi müsahibədə Amerika liderindən bütün hərəkatı terrorçu kimi tanımaq niyyətində olub-olmadığı soruşulub.
"Bəli, mümkündür. Misir, mənim xahişimlə, Müsəlman Qardaşlarına çox güclü təzyiq göstərib", - deyə Tramp cavab verdi.
Aralıq seçkilərdən sonra demokrat namizəd Əbdül Əl-Sayed ilk müsəlman senator olacaq. O, gələn ildən etibarən qanunverici orqanın yuxarı palatasında Miçiqanı təmsil edəcək. Tramp əvvəllər Misir mühacirlərinin oğlu Əl-Sayedi Müsəlman Qardaşları ilə əlaqədə ittiham etmişdi.