BAKI, 17 noyabr. TELEQRAF
Perunun paytaxtı Limada keçirilən dini mərasim zamanı naməlum şəxs Roma Papası XIV Leoya təsbeh atıb.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti videogörüntülər yayıb.
Hadisə pontifik avtomobillə mərasim iştirakçılarının yanından keçərkən baş verib. Zəvvarlardan birinin atdığı təsbeh Roma Papasının gözünə dəyib.
Yayılan görüntülərdə XIV Leonun hadisədən sonra əlini üzünə apararaq gözlərini sildiyi əks olunub.
Qeyd edək ki, Roma Papası noyabrın 11-də Peruya səfər edib. O, 1985-ci ildə bu ölkədə missioner kimi fəaliyyətə başlayıb, 30 il sonra isə yeparxiyalardan birinə rəhbərlik edib.
ABŞ və Peru vətəndaşlığına malik XIV Leo Cənubi Amerikaya 12 günlük səfəri çərçivəsində daha əvvəl Uruqvay və Argentinada olub. Peru səfəri turnenin son mərhələsidir.