BAKI, 17 noyabr. TELEQRAF
Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üzrə xərcləri 9 milyard 272 milyon 540 min manat məbləğində təsdiq edilib.
Teleqraf xəbər verir ki, bu “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Fondun gəlirləri 9 milyard 220 milyon 500 min manat təşkil edəcək. Xərclərin maliyyələşdirilməsi üçün əlavə olaraq Fondun 2027-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 52 milyon 40 min manat vəsait yönəldiləcək.
Büdcə gəlirlərinin əsas hissəsini məcburi dövlət sosial sığorta haqları təşkil edəcək. Bu mənbədən 7 milyard 586 milyon 500 min manat daxilolma nəzərdə tutulub.
Bundan başqa, dövlət büdcəsindən Fondun büdcəsinin balanslaşdırılması məqsədilə 1 milyard 600 milyon manat ayrılması planlaşdırılır.