BAKI, 17 noyabr. TELEQRAF
Mərkəzi Bank “İpək Yolu Sığorta” ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyasını məhdudlaşdırıb.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, bu barədə ASC könüllü qaydada müraciət edib.
Bekə ki, “İpək Yolu Sığorta” ASC-nin müraciətinə əsasən, Mərkəzi Bank tərəfindən “İpək Yolu Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi verilmiş icazələrin ləğv edilməsi yolu ilə məhdudlaşdırılıb.
Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Qanununun 105.3-cü maddəsinə əsasən, sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.
Gələcəkdə “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının biznes fəaliyyəti və strateji hədəfləri ilə əlaqədar olaraq cəmiyyətin sığorta fəaliyyəti istiqamətində dəyişiklik zərurəti yarandığı təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq Mərkəzi Banka müraciət ediləcəkdir.