BAKI, 17 noyabr. TELEQRAF
Litva Cənubi Qafqazın strateji əhəmiyyətini nəzərə alaraq NATO ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsini dəstəkləyir.
Teleqraf xəbər verir ki, bunu Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus sosial şəbəkə hesabında bildirib.
"Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə NATO-nun daimi nümayəndələrinin müavinləri arasında Brüsseldə keçirilən görüş alyansla Azərbaycan arasında tərəfdaşlığın gücləndirilməsinə qarşılıqlı marağı nümayiş etdirir",- o qeyd edib.
Kestutis Vaskelyaviçyus Cənubi Qafqazın strateji əhəmiyyətini vurğulayaraq Litvanın NATO-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsini dəstəklədiyini bildirib.