BAKI, 17 noyabr. TELEQRAF

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf xəbər verir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2027-ci il üçün ehtiyac meyarının həddinin 314 manat məbləğində təsdiq edilməsi təklif edilir.

Bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.