2027-ci ildə Azərbaycanda əmək pensiyalarının ödənilməsinə Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən 8 milyard 669 milyon 430 min manat vəsait ayrılacaq.
Teleqraf xəbər verir ki, bu “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, gələn il Fondun əhaliyə ödənişlər üzrə ümumi xərcləri 8 milyard 950 milyon 60 min manat təşkil edəcək.
Bu məbləğin 280 milyon 630 min manatı məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə yönəldiləcək.
Müavinət xərclərinin bölgüsü belədir:
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə – 47 milyon 380 min manat;
- Hamiləliyə və doğuma görə – 77 milyon 340 min manat;
- Uşağın anadan olmasına görə – 84 milyon 10 min manat;
- Üç yaşınadək uşağa qulluğa görə – 21 milyon 390 min manat;
- Dəfn üçün – 50 milyon 510 min manat.
Beləliklə, 2027-ci ildə Fondun büdcəsindən ayrılacaq vəsaitlərin əsas hissəsi əmək pensiyalarının və sosial sığorta hesabına ödənilən müavinətlərin maliyyələşdirilməsinə sərf olunacaq.