BAKI, 13 yanvar. TELEQRAF
Gömrük müharibəsində qalib yoxdur. Çin öz qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin ABŞ Prezidenti Donald Trampın İranla əməkdaşlıq edən ölkələrə 25% gömrük rüsumu tətbiq etməsini şərh edərkən bildirib.
Rəsmi nümayəndə qeyd edib ki, Pekin bu kimi məsələlərdə “aydın və dəyişməz mövqe” tutur.
Xatırladaq ki, Donald Tramp İrana əməkdaşlıq edən bütün ölkələrə 25%-lik gömrük rüsumları tətbiq edib. Bu addım, İranda baş verən etiraz dalğalarından sonra atılıb.