BAKI, 24 dekabr. TELEQRAF
Azərbaycandan Ermənistana benzin idxal edən şirkətlər "Shisha World" MMC və "Mega Trade"-dir.
Teleqraf xəbər verir ki, bu barədə "Radar Armenia"nın sorğusuna cavab olaraq Ermənistan Dövlət Gəlirlər Komitəsindən bildirilib.
Qeyd edək ki, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli "Aİ-95" markalı benzinlə yüklənmiş 22 sistern vaqondan ibarət qatar Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı kommersiya xarakterlidir.