Gürcüstan-Rusiya sərhədinə gedən 23 kilometrlik yol 2028-ci ildə tam istifadəyə veriləcək.

Teleqraf "Georgia Online"a istinadən xəbər verir ki, bu barədə ölkənin infrastruktur nazirinin müavini Mzia Giorgobiani məlumat verib.

"Layihə iki hissədən ibarətdir. Birinci hissə 9 kilometrlik tuneldir, artıq qazılıb, tamamlanma işlər aparılır. İkinci hissə tunellərdən və unikal tağlı körpüdən ibarət giriş yoludur. İkinci hissədə işlərin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Lakin Qudauriyə gedən yolun gələn il açılması mümkündür", - Giobiani bildirib.

Kveşeti-Kobi yolu qışda tez-tez uçqunların baş verdiyi Kobi-Qudauri hissəsinin dolama yoludur və bu, Rusiya ilə quru sərhədinin bağlanmasına səbəb olur.

Tikinti başa çatdıqdan sonra Tbilisidən Qudauriyə gediş müddəti 30 dəqiqə azalaraq 1 saat 30 dəqiqə, Stepantsmindaya isə 1 saat azalaraq 1 saat 45 dəqiqə çəkəcək.