BAKI, 14 aprel. TELEQRAF

Banqladeşdə Korrupsiyaya qarşı Mübarizə Komissiyası (ACC) Britaniyanın Leyboristlər Partiyasından olan parlament üzvü Tulip Siddiq barəsində həbs qərarı verib.

Teleqraf "CNN"ə istinadla xəbər verir ki, iddiaya görə, deputat Banqladeşin paytaxtı Dəkkədə yerləşən torpaq sahəsini qanunsuz əldə edib.

Tulip Siddiqin vəkilləri bu iddiaların rədd ediblər.

Xatırladaq ki, Tulip Siddiq bu ilin əvvəlində Maliyyə Nazirliyindəki vəzifəsindən istefa verib. O, Banqladeşdə ötən il devrilmiş Şeyx Hasinanın hökuməti ilə əlaqələrdə ittiham olunub.