
BAKI, 15 aprel. TELEQRAF
"TÜRKPA çərçivəsində həyata keçirilən tədbirlər təkcə ölkələrimiz arasında daxili deyil, həm də regional sabitlik və təhlükəsizliklə bağlı da mühüm əhəmiyyət kəsb edir".
Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında deyib.
O bildirib ki, təhlükəsizlik minimal təhdidlər deyil, transsərhəd, təbii fəlakətlər, qeyri - qanuni miqrasiya və hibrid təhdidlərə qarşı da birləşəməyimizi zəruri edib:
"Bu baxımdan, sahib olduğumuz tarix, mədəniyyət və dil təhlükəsizlik sahəsində daha yaxşı əməkdaşlıq etməyimiz üçün üstünlük yaradır. Bu gün türk dünyasının bir hissəsi olan Şimali Kipr Türk Cümhuriyyətinin haqlı mübarizəsi də təhlükəsizlik sahəsində ortaq fəaliyyət göstərməyimizi daha zəruri edir. Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyası arasında oynadığı rol mühüm bir elementdir və hər bir üzv ölkə üçün vacib amildir. Bu konteksdə ölkələrimizin parlamentləri arasında qurulan dostluq qrupunun fəaliyyəti təqdirəlayiqdir", - deyə əlavə edib.