
BAKI, 15 aprel. TELEQRAF
İtaliyanın "İnter" klubu baş məşqçisi Simone İnzaqinin müqaviləsini yeniləyəcək.
Teleqraf "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, yeni sözləşmə 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
49 yaşlı mütəxəssisin illik maaşında cüzi artım olacaq. O, illik 7 milyon avro ilə A Seriyasının ən yüksək məvacib alan baş məşqçisidir.
Milan təmsilçisinin İnzaqi ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Simone İnzaqi 2021-ci ilin yayından "İnter"ə rəhbərlik edir.