BAKI, 14 aprel. TELEQRAF

Britaniyada bu il qanunsuz miqrasiya rekord səviyyəyə çatıb.

Teleqraf xəbər verir ki, 2025-ci ilin əvvəlindən bəri 8064 nəfər Britaniyaya qanunsuz yolla miqrasiya edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz çoxdur.

Bildirilir ki, qanunsuz miqrasiya həm miqrantların həyatını, həm də ölkənin sərhəddini təhlükə altında qoyur.