
BAKI, 13 aprel. TELEQRAF
Beynəlxalq alimlər qrupu Yerdən 300 milyon işıq ili uzaqlıqda yerləşən SDSS1335+0728 qalaktikasının mərkəzində qeyri-adi aktivlik qeydə alıb.
Teleqraf xəbər verir ki, "Nature Astronomy" jurnalında dərc olunub.
Bildirilir ki, əvvəllər diqqəti cəlb etməyən qalaktika qəflətən mərkəzindəki qara dəliyin oyandığını göstərən parlaq rentgen şüaları yaymağa başlayıb.
Siqnallar ilk dəfə 2019-cu ildə, qalaktikanın kəskin şəkildə parlaqlaşdığı zaman müşahidə edilib. Ancaq 2024-cü ilin fevralına qədər Çili alimləri onun mərkəzindən çıxan rentgen şüalarının müntəzəm emissiyalarını aşkar ediblər. O vaxtdan bəri obyekt aktiv qalaktika nüvəsi statusunu və qeyri-rəsmi "Ansky" adını alıb.
Valparaiso Universitetindən Lorena Hernandez-Qarsianın sözlərinə görə, bu, real vaxt rejimində qara dəliyin davranışını müşahidə etməyə imkan verən nadir hadisədir.
"Biz ilk dəfədir ki, oyanmağa başlayan qara dəlikdən bu cür davranışı görürük. Biz bu partlayışların nədən qaynaqlandığını bilmirik", - deyə astronom vurğulayıb.
Mövcud nəzəriyyələr belə məşəllərin ulduzların udulması zamanı əmələ gələn qaz və toz strukturları ilə əlaqəli olduğunu göstərir.