BAKI, 13 aprel. TELEQRAF

ABŞ-nin Pensilvanya əyalətinin qubernatoru Coş Şapironun evi ötən gecə yandırılıb.

Şapiro və ailəsi yanğından sonra evi tərk ediblər.

Şaprio açıqlamasında bildirib: "Ötən gecə saat 02.00 radələrində Pensilvanya polisinin qapını möhkəm döyməsindən sonra oyandıq. Kimsə evimizi yandırmışdı. Tanrıya şükür, heç kim yaralanmayıb, yanğın söndürülüb".

Evi yandıran şəxsin axtarışları davam etdirilir.