BAKI, 20 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi NATO-ya üzv olmağa hazır deyil.

Teleqraf “Strana.ua”ya istinadən xəbər verir ki, Zelenski NATO üzvlərinin Ukraynanı alyansa üzv qəbul etmək istəmədiklərini diqqətə çatdırıb.

"Ukrayna, həqiqətən də Şimali Atlantika Alyansına qoşulmaq istəyir, çünki bu, bir çox problemləri həll edərdi, amma indi danışılası bir şey yoxdur" - deyə, bildirib.