
BAKI, 21 mart. TELEQRAF
Türkiyənin İzmir şəhərində 5 gün müddətində toplaşmaq və nümayiş keçirmək qadağan edilib.
Teleqraf xəbər verir ki, bu barədə şəhər valiliyi məlumat yayıb.
Açıqlamada bütün bölgədə ictimai asayişin qorunması və baş verə biləcək təxribat xarakterli hərəkətlərin qarşısının alınması məqsədilə bəzi qərarların qəbul edildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, bu çərçivədə 21-25 mart tarixləri arasında 5 gün müddətində hər cür toplantı, nümayiş yürüşləri və mətbuata açıqlamalar qadağan edilib.