
BAKI, 21 mart. TELEQRAF
Ukrayna Kursk vilayətində yerləşən atom elektrik stansiyasına (AES) hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İddia edilir ki, Kiyevin bu addımı nüvə terror aktı törətməyə hesablanıb.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin keçirdiyi operativ müşavirənin yekunlarına əsasən, Kursk AES-in ərazisinə edilən hücum nəticəsində nüvə yanacağı anbarına ziyan dəyib.