BAKI, 21 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzzaya hücumlarını dəstəkləyir.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karoline Leavitt bildirib.

Onun sözlərinə görə, bütün girovları azad etmədiyi üçün hücumların məsuliyyətini də HƏMAS daşıyır: "Prezident Tramp İsrailin və onun ordusunun son günlərdə atdığı bütün addımları tam dəstəkləyir".